• Bakı 13° C

    14.13 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

İDMAN

24 Aprel 2024 | 15:00

Fransa klubu Qarabağın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən “Tuluza” kollektivi Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir.

Bakıvaxtı.az “lequotidiendusport.fr” saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəlb edən Mərakeş əsilli fransalı yarımmüdafiəçinin Ağdam təmsilçisindən ayrılacağı gözlənilir.

Daha əvvəl Fransa çempionatında “Lans” və “Qrenobl” klublarının formasını geyinmiş 32 yaşlı futbolçunun “Tuluza”ya keçəcəyi istisna olunmur.

Qeyd edək ki, Şotlandiya və Rumıniya klublarının da maraq dairəsində olan A.Zubirin "Qarabağ"la müqaviləsinin müddəti yayda başa çatır.


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024