• Bakı 28° C

    2.6 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

AFFA rəsmisi Avropa çempionatının oyununa təyinat alıb

İDMAN

24 May 2024 | 14:54

AFFA rəsmisi Avropa çempionatının oyununa təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Bakıvaxtı.az  assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan – Monteneqro oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının görüşü mayın 31-də, saat 19:00-da başlayacaq.

Qeyd edək ki, qarşılaşma Yunanıstanın Heraklion şəhərindəki “Teodoros Vardinogiannis” stadionunda baş tutacaq.


SON XƏBƏRLƏR

16 Iyun 2024