• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Arif Hacılının oğlunun apellyasiya şikayəti təmin olunmadı

CƏMİYYƏT

07 Noyabr 2023 | 16:16

Arif Hacılının oğlunun apellyasiya şikayəti təmin olunmadı

"Müsavat" Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının apellyasiya şikayəti təmin olunmayıb.

Bakıvaxtı.az xəbər verir ki, apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılıb.

İclasda şikayət təmin olunmayıb və 1-ci instansiya məhkəməsinin qərarı dəyişilməz saxlanılıb.

Qeyd edək ki, noyabrın 2-də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb.

O, qərardan narazı qaldığı üçün apellyasiya şikayəti verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026