• Bakı 24° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

ANAMA-dan mina hadisələri ilə bağlı ÇAĞIRIŞ

CƏMİYYƏT

07 Dekabr 2023 | 14:22 | Müəllif: Qalib İbrahimoğlu

ANAMA-dan mina hadisələri ilə bağlı ÇAĞIRIŞ

Baş verən mina hadisələri ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə və məsuliyyətli davranmağa çağırır.

Bu barədə Bakıvaxtı.az-a ANAMA-dan bildirilib.

"Nərəzə alın ki:

Müharibə bitsə də işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsi davam etməkdədir.

Minalanmış ərazilərdə hər bir yanlış addım həyat və sağlamlığınız üçün ciddi fəsadlar törədə bilər.

Təyin edilmiş yerlərdən, yollardan və cığırlardan kənara çıxmayın!

Naməlum və şübhəli əşyalara toxunmayın!

Təhlükəsizliyinə əmin olmadığınız ərazilərə daxil olmayın!

Atılıb qalmış hərbi sursatlar, texnikalar, səngərlər olan sahələrə, dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə yaxınlaşmayın!
Verilən təlimatlara ciddi şəkildə riayət etməyiniz həyat və sağlamlığınız üçün vacibdir", - deyə çağırışda bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026