• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bayram günlərində zəhərlənənlərin sayı AÇIQLANDI

CƏMİYYƏT

06 Yanvar 2024 | 13:54 | Müəllif: Subhan Mahmudov

Bayram günlərində zəhərlənənlərin sayı AÇIQLANDI

Bayram günlərində (31.12.2023-05.01.2023) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 56 müraciət olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.

Müraciət edənlərdən 37-si alkoqol, 11-i dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 1-i botulizm, 1-i isə pestisiddən zəhərlənib.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər qadın pestisid zəhərlənməsindən ölüb.

Hazırda 15 nəfərin müalicəsi mərkəzdə davam etdirilir. Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR