Zaqatalada fərdi yaşayış evində yanğın olub.
Bakıvaxtı.az xəbər verir ki, yanğın səhər saatlarında rayonun Aşağı Tala kəndində, kənd sakini Rübabə Kərim qızı Ərəbovaya məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğın nəticəsində evin 60 kv/m-lik sahəsinin yanar konstruksiyaları və orada olan ev əşyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.













jpg-1709712973.webp)


