• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

“Qatardakı adam”la bağlı suallar – Emil Rasimoğlu yazır

CƏMİYYƏT

06 Mart 2024 | 12:16 | Müəllif: Qalib İbrahimoğlu

“Qatardakı adam”la bağlı suallar – Emil Rasimoğlu yazır

Mən tənqidçi deyiləm. Sadəcə bir qələm adamı olaraq mütaliə etdikcə bəzən oxuduqlarıma münasibət bildirirəm. Təbii ki, münasibət bildirmək üçün heç də xüsusən tənqidçi olmaq lazım deyil. Burası belə!

Demək, az öncə Kamal Abdullanın (yeni) “Qatardakı adam” hekayəsini (aramla və təhlillə) oxuyub bitirər-bitirməz dilimə gələn ardıcıl suallar:

Hardadı burada ciddi mətn... məişət hadisəsinin ədəbi hadisəyə çevrilməsi... mövzunun modern qatdakı spesifik bədii təqdimi...

və yaxud da;

görəsən, Kamal Abdulla həqiqətənmi bu hekayədəki yazıçı təfəkkürünün “hərəkətsizliyi”nin... “sənətkarlığın ibtidai forması”nın... və bütün bunların fonundakı yaradıcılıq uğursuzluğunun fərqində deyil?

... Qısa xülasəni qeyd edim ki, demək, qatarda, bir kupedə yol gedən iki şəxsin biri digərinə məhəbbətdən güvəncsizliklə söz açıb, məktəb illərindəki yaşadığı bir macıranı danışır. Macıranın da məğzi budur ki, bu şəxs sevdiyi yaşılgöz qızı sonradan dostunun da sevdiyinin və qızın hər ikisinə eyni münasibətdə olmasının gizli şəkildə şahidi olur.

Bu qədər bəsit və məişətdə, müasir dövrdə “dabanı yeyilmiş olay”ın elə son dərəcə yorucu, “dabanı yeyilmiş ədəbi rənglər”lə də təqdimi...

Daha mən çox da vaxtınızı alıb, hekayənin təhkiyəsindən tutmuş daxili proseslərin ədəbi müstəvidəki problemlərini hissə-hissə incələmək fikrində deyiləm.

Klassikanın içində “boğulan”, əyni kürklü, ayağı çarıqlı bu hekayədəki qatarın səsi hələ də qulaqlarımdan çəkilmir... O səs ki, hekayəni oxumağa belə imkan vermirdi müəllifin hekayədəki qeyri-peşəkarlığı ilə.

Bircə onu qeyd edim ki, müəllif kimi Kamal Abdullanı necə deyərlər, bu uğursuzluqların cəngindən hekayənin sonundakı qatardakı xidmətçinin gözlərinin yaşıl olması xilas edə bilərdi ki... orada da hekayə sadə qeyri-müəyyənliklə bitir. Əslində həmin qeyri-müəyyənlik həm də divarın o biri üzüdür. Məhz o detalın (sevgi macərasını yaşayan şəxs və xidmətçinin gözlərinin yaşıl olması) üzərində Kamal Abdulla hekayəni yenidən yazsa bəlkə (də) uğurlu alınar. O da ki... BƏLKƏ də.

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026