• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Aprel döyüşçülərinin xatirəsinə Bakıda abidə qoyulsun - TƏKLİF

CƏMİYYƏT

05 Aprel 2024 | 11:39 | Müəllif: Qalib İbrahimoğlu

Aprel döyüşçülərinin xatirəsinə Bakıda abidə qoyulsun - TƏKLİF

“Azərbaycanın müasir hərb tarixinin ən önəmli və həll edici döyüşlərindən bir olan şanlı Aprel zəfərindən 8 il ötür”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Aprel döyüşləri 2020-ci ildə qələbəyə gedən yolun, zəfərə inamın başlanğıcı idi:

“Məhz həmin günlərdə 2020-ci ildə əldə etdiyimiz zəfərin əsası qoyuldu. “Güclü Ermənistan ordusu” mifini Azərbaycan ordusu darmadağın etdi, bizə “işğalla barışın, siz müharibə edə bilməzsiniz” deyənlərə layiqli cavab verdi. Hesab edirəm bu gün Ermənistan, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqının görüşünə də bu prizmadan baxmalıyıq. Yeri gəlmişkən, İranın da bu məsələyə susqun münasibəti də ciddi suallar doğurur. Sanki bu məsələ İranla da razılaşdırılıb. Çünki xeyli vaxtdır Fransa, Ermənistan və İran arasında bu və ya digər məsələlər ətrafında geniş müzakirələr aparılmaqdadır”.

C.Məmmədov Aprel döyüşlərinin əhəmiyyəti nəzərə alınaraq Aprel döyüşçülərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda abidənin qoyulmasını, Cocuq Mərcanlıda inşa olunan muzeyin fəaliyyətə başlaması üçün addımların atılmasını təklif edib:

”Təəssüflə qeyd etmək lazımdır ki, bir neçə ildir qəsəbədə muzey inşa olunmasına baxmayaraq hələ də fəaliyyətə başlamayıb”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR