• Bakı 15° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Faktiki hava şəraiti açıqlandı

CƏMİYYƏT

04 May 2024 | 19:33

Faktiki hava şəraiti açıqlandı

Mayın 4-ü saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qəbələ, İsmayıllı, Zaqatala, Şəki, Qax, Xaltan, Qrız, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Biləsuvar, Yardımlı, Lerik, Astaraya yağış, Şahdağa sulu qar yağıb.

Şərura saat 13:55-14:15 radələrində diamateri 1 mm olan dolu düşüb.

Daşkəsən, Göygöl, Şəki, Qax, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18-22, Naxçıvan MR-da və Aran rayonlarında 22, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.


SON XƏBƏRLƏR

17 May 2024