• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Pakistanda etiraz aksiyası keçirilib - Fotolar

CƏMİYYƏT

03 Iyun 2024 | 15:38 | Müəllif: Gülşən Şərif

Pakistanda etiraz aksiyası keçirilib - Fotolar

Pakistanın ən böyük şəhəri Kəraçidə minlərlə insan Fələstinə dəstək aksiyası keçirib.

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən bildirir ki, "Camaat-i İslami" partiyasının təşkil etdiyi nümayişə onminlərlə insan çıxıb.

 İsrailin Qəzza zolağına təcavüzünə etiraz edən nümayişçilər əllərində "Qəzzada soyqırımı dayandırın" şüarı yazılmış lövhələr qaldırıblar. Aksiya iştirakçıları arasında Pakistanın xristian icmasının nümayəndələri də olub.

Aksiyada çıxış edən "Camaat-i-İslami" lideri Hafiz Naimur Rəhman ABŞ-ni İsrailin Qəzza zolağında dinc əhaliyə qarşı cinayətlərinə yardım etməkdə ittiham edib. 

"Vaşinqton tərəfindən verilən silahlar İsrail ordusunun təxminən 1,5 milyon məcburi köçkün fələstinlinin sığındığı Rəfah şəhərinə hücuma keçməsinə kömək edib. Vaşinqton atəşkəsə sadiq olduğunu deyir. Eyni zamanda da hücumları davam etdirmək üçün İsrailə silah tədarükünü davam etdirir", - deyə siyasətçi bildirib.

Gülşən Şərif


Pakistanda etiraz aksiyası keçirilib - FotolarPakistanda etiraz aksiyası keçirilib - FotolarPakistanda etiraz aksiyası keçirilib - Fotolar
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026