• Bakı 27° C

    0.79 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Ulduz partlayışını Yerdən görmək olacaq - Alimlərdən xəbərdarlıq

CƏMİYYƏT

03 Iyul 2024 | 13:25

Ulduz partlayışını Yerdən görmək olacaq - Alimlərdən xəbərdarlıq

Yer kürəsinin sakinləri tezliklə nadir astronomik hadisəni - ulduz partlayışını görə biləcəklər.

Bakıvaxtı.az bildirir ki, bu barədə Amerika Dəyişən Ulduz Müşahidəçiləri Assosiasiyasının (AAVSO) saytında məlumat verilib.

Mütəxəssislərin hesablamalarına görə, Şimal Tacının bürcündəki "T Coronae Borealis" ulduzu yaxın aylarda gecə səmasında parlaq şəkildə partlayacaq.

T CrB Yerdən 3 min işıq ili uzaqlıqda olan qoşa ulduz sistemidir. Ağ cırtdan və qırmızı nəhəngdən ibarətdir. Bu sistem təkrarlanan nova adlanır.

Müşahidələr göstərdi ki, T CrB hər 79-80 ildən bir partlayır. Sonuncu dəfə belə hadisə 1946-cı ildə baş vermişdi.

Alimlər qeyd edir ki, ulduz novaya çevrilən kimi göydə parlaq bir ulduz kimi görünəcək və insanlar bu parlaqlığı təxminən bir həftə ərzində müşahidə edə biləcəklər.

Nadir hadisəni görmək üçün səmada "Corona Borealis" bürcünü axtarmaq lazımdır. "Hercules" və "Bootes" bürcləri arasında yerləşən "Corona Borealis" kiçik bir at nalı kimi görünür./teleqraf.com


SON XƏBƏRLƏR