• Bakı 25° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Bu kino ki var, həm qəlizdir, həm də...

CƏMİYYƏT

02 Avqust 2024 | 11:04 | Müəllif: Qalib İbrahimoğlu

Bu kino ki var, həm qəlizdir, həm də...

Bir millətin mədəniyyətinin əsasında, məncə, onun musiqiləri, teatrı və kinosu dayanır.

Niyə bu siyahıya kinonu əlavə etdim?

Çünki kino ədəbiyyatı görüntülü formada əbədiləşdirən ən önəmli və möhtəşəm incəsənət nümunəsidir.

Əgər bir millətin nümayəndələri öz başına gələnləri, öz həyat tərzini lentlərdə saxlayaraq yaddaşlarda saxlaya bilirsə, bu, həmin millətin nümayəndələrinin incəsənətə bağlılığından və ədəbiyyata olan sevgisindən xəbər verir.

Biz Azərbaycan cəmiyyətinin həyatını kinolardan öyrənmişik - keçmişini də, bu gününü də.

Bəs bu günün kinosu keçmişi, gələcəyi əks etdirə bilirmi?

Bu məsələ bir az mübahisə mövzusudur...

“Nəsimi”lər, “Babək”lər, “Sehrli xalat”lar keçib Odlar Yurdunun kinoməkanından...

Biz, bəlkə də, uşaqlığımızı bu filmlərlə keçirən sonuncu nəsilik. Öz xalqını, millətini bu kinolarla sevən, bu kinolardan öyrənən sonuncu uşaqlarıq.

Yaxşı filmlərimiz sözsüz ki, indi də var.

Lakin kinomuz mütləqdir ki, canlansın, oyansın, yenilənsin.

İllərdir bunun müzakirəsi gedir - kinomuz nə vaxt düzələcək? Nə vaxt əvvəlki kino mədəniyyətinə qayıdacağıq?

Əvvələ qayıtmasaq da olar!

Heç olmasa, daha maraqlı filmlər yaradaq, xalqımızı daha yenilikçi formada yaşadaq, bunu bacaraq.

Bunu da bir nəfər bacarırsa, beş nəfər xəyallarımızı puç edir.

Həqiqətən, bu kino ki var, çox qəliz məsələdir...

Gününüz mübarək, əziz kinomanlar və kinonu yaradıb-yaşadanlar.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026