• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ Fələstin prezidentinə viza vermədi  - SƏBƏB?

DÜNYA

17 Sentyabr 2026 | 08:17 | Müəllif: Ayyət Əhməd

ABŞ Fələstin prezidentinə viza vermədi - SƏBƏB?

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas ardıcıl ikinci ildir ki, qarşıdan gələn BMT Baş Assambleyasında şəxsən iştirak edə bilməyəcək.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, ümumi müzakirələr 22-28 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək. ABŞ növbəti dəfə Fələstin nümayəndə heyətinin nümayəndələrinə viza verməkdən imtina edib.

Dövlət Departamentinin açıqlamasında Mahmud Abbasın adını çəkmədən bildirilir ki, ABŞ-yə verdiyi öhdəliklərə zidd olaraq islahatlar apara bilmədikləri və sülh perspektivlərini sarsıdan fəaliyyətlərini davam etdirdikləri üçün ABŞ Fələstin Azadlıq Təşkilatının üzvlərinə və Fələstin Muxtariyyətinin rəsmilərinə viza qadağan edən sanksiyalar tətbiq edəcək.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026