• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Quduzluğun ən qorxulu vaxtı 3-cü dövrdür

CƏMİYYƏT

03 Iyul 2024 | 15:36

Quduzluğun ən qorxulu vaxtı 3-cü dövrdür

“Şübhəli heyvan tərəfindən zərər yetirilən insan mütləq quduzluğa yoluxur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri vəzifələrini icra edən Aytəkin Qurbanova deyib.

Onun sözlərinə görə, xəstəliyin üzə çıxması 3 dövrü əhatə edir:

“İlk dövr 24 saat - 3 gün ərzində olur. Daha sonra oyanma mərhələsi olur ki, bu, 2-3 gün arasıdır və bu zaman xəstədə sudan, işıqdan qorxma halları baş verir, ona elə gəlir ki, kimsə onu izləyir”.

A.Qurbanova qeyd edib ki, 3-cü dövr ən qorxulu zamandır. Bu zamanı xəstə süstləşir, hərarəti qalxır, tənəffüs çətinləşdiyi üçün ürək çatışmazlığından dünyasını dəyişir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

05 Iyul 2024