• Bakı 27° C

    0.79 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Teymur Musayev Dmitri Lisoqorla görüşüb

CƏMİYYƏT

03 Iyul 2024 | 14:40

Teymur Musayev Dmitri Lisoqorla görüşüb

Səhiyyə Nazirliyində Niderlandın “Philips” şirkətinin Rusiya, Belarus, Qafqaz və Mərkəzi Asiyada Rəqəmsal Səhiyyə üzrə Baş meneceri Dmitri Lisoqorla görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanda səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun modernləşdirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

Rəqəmsal texnologiyaların bütün dünyada səhiyyə sektorunun inkişafı üçün prioritet olduğunu qeyd edən nazir bunun gələcəkdə səhiyyənin ən mühüm element kimi yer alacağını vurğulayıb: “Rəqəmsallaşma səhiyyə xərclərini artırmadan xidmətlərin əlçatanlığını və keyfiyyətini təmin edir. Eyni zamanda, rəqəmsal tibbin inkişafı dövlətin iştirakı olmadan mümkün deyil. Son illər Azərbaycanda elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atılıb”.

Teymur Musayev səhiyyədə nanotexnologiyaların tətbiqi və mütərəqqi texnoloji avadanlıqların istifadəsini Azərbaycan Səhiyyə Nazirliyinin əsas hədəflərindən biri olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, Niderland Avropa ölkələri arasında səhiyyənin rəqəmsallaşdırılması üzrə lider mövqe tutur: “Niderlandın beynəlxalq müstəvidə qabaqcıl ölkə olaraq tibbi nou-hau nailiyyətlərinin, bu sahədə İKT həllərinin təcrübələrinin Azərbaycanda da smart tətbiqi səhiyyəmizin modernləşdirilməsinə müsbət təsirlərini göstərəcək”.

Səmimi qəbula görə minnətdarlığını bildirən “Philips”-in rəqəmsal səhiyyə üzrə regional rəhbəri təmsil etdiyi şirkətin səhiyyənin rəqəmsal transformasiyası və digər sahələrdə Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Həmçinin, “Philips” şirkətinin istehsal etdiyi yüksək texnoloji avadanlıqlarının Azərbaycan səhiyyəsində tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR