• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aİ-dən rusiyalı diplomatlara QADAĞA
 

CƏMİYYƏT

05 Fevral 2024 | 13:11

Aİ-dən rusiyalı diplomatlara QADAĞA

Rusiya diplomatlarının Avropa İttifaqı ərazisində hərəkəti məhdudlaşdırılacaq.

Bakıvaxtı.az verir ki, bu barədə "Politico" nəşri yazıb.

    Nəşrin yazdığına görə, Rusiya diplomatlarının Avropa İttifaqı ərazisində hərəkətinə qoyulan məhdudiyyətlər Aİ-nin Rusiya Federasiyasına qarşı 13-cü sanksiyalar paketinin bir hissəsi ola bilər.

    "Rusiya diplomatlarının bütün Şengen zonasında deyil, yalnız akkreditə olunduqları ölkənin ərazisində səfərlərinin məhdudlaşdırılması ideyası nəzərdən keçirilir. Çexiya bunu çoxdan xahiş edir", deyə “Politico” adı açıqlanmayan avropalı diplomata istinadən xəbər yayıb.

    Qeyd edək ki, "Bloomberg" agentliyi Avropa İttifaqının Rusiyaya qarşı 13-cü sanksiya paketinin fevralın 24-də qüvvəyə minəcəyi ilə bağlı məlumat yayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR