Xəbər verdiyimiz kimi, fevralın 5-də G1(minor-mülayim) səviyyəli geomaqnit qasırğası gözlənilir.
Bəs geomaqnit qasırğası kimlərə təsir edəcək?
Bununla bağlı Bakivaxti.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, geomaqnit qasırğası əsasən ürək-qan damar sistemi və sinir sistemi xəstəliyi, yüksək qan təzyiqi olanlara, artıq çəkidən əziyyət çəkənlərə, infarkt və insult keçirmiş şəxslərə təsir edəcək:
Onun sözlərinə görə, maqnit qasırğas baş ağrısı, baş gicəllənmə, ürək bulantısı olanlara maneəçilik törədəcək:
“Bundan başqa, oynaq ağrılarından, yuxusuzluqdan əziyyət çəkənlər də diqqətli olmalıdırlar”.
Müsahibimiz 60-65 yaşlı və sadaladığı qrup insanların bu periodda mümkün qədər çölə çıxmamalarını, ev şəraitində qalmalarını məsləhət görür:
“Xroniki xəstəliyi olanlar belə hallarla qarşılaşmamaq üçün çölə çıxmasınlar. Amma məcbur qalıb çıxdıqda və narahatlıq hiss etdikdə mütləq həkim-mütəxəssisə müraciət etsinlər'',
Qeyd edək ki, fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq.
Mina Mikayılova





jpg-1709712973.webp)










