Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbə direktor təyinatı olub.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, məktəbin direktoru postu Rauf Məlikova həvalə edilib.
Qeyd edək ki, məktəbin əvvəlki direktoru Ələkbər Niftiyev 29 noyabr 2021-ci ildə vəzifəsindən azad edilib. Onun səlahiyyətlərinin icrası Rzayev Abdul Sarbala oğluna həvalə olunub. A. Rzayev bundan əvvəl sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Ziyafət Əlisoy
















