• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Rza Cavadxani vəfat etdi

CƏMİYYƏT

05 Aprel 2024 | 09:58 | Müəllif: Subhan Mahmudov

Rza Cavadxani vəfat etdi

Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi sosial şəbəkədə bildirib.

"Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxaninin əziz xatirəsini yad edirik. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Rza Cavadxanini Prezident sarayında qəbul edib. O zaman Rza ata-baba yurduna gəlməkdən şərəf duyduğunu və Azərbaycanda bütün sahələrdə böyük inkişafın tanığı olduğunu qeyd edib. Səfir Xəzər İbrahim və səfirliyimizin əməkdaşları adından onun ailəsinə dərin hüznlə başsağlığı veririk. Qəbri nurla dolsun", - diplomatik missiyanın mətbuat xidməti nəql edib.

Qeyd edək ki, Rza Cavadxani ABŞ-də yaşayırdı. Onun iki qardaşı ABŞ-də, biri Malayziyada, iki qardaşı və bir bacısı isə İranda yaşayır. Cavad xanın nəslinin nümayəndəsi həm də Azərbaycan vətəndaşı idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026