• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Zığ qəsəbəsində avtomat tapıldı

CƏMİYYƏT

06 Yanvar 2024 | 11:11

Zığ qəsəbəsində avtomat tapıldı

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir

Bakıvaxtı.az-a DİN-ə istinadən xəbər verir ki, yanvarın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

    Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Zığ qəsəbəsi ərazisində nömrəsi silinmiş “AKM” markalı avtomat silah, 30 ədəd patron və 1 ədəd patron darağı tapılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Sentyabr 2026