• Bakı 27° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Arıqlamağa kömək edir, qaraciyəri təmizləyir - QANQAL ÇAYI    

CƏMİYYƏT

14 Aprel 2022 | 07:20

Arıqlamağa kömək edir, qaraciyəri təmizləyir - QANQAL ÇAYI    

Qanqal bitkisi həm xalq, həm də ənənəvi tibdə qaraciyərin fəaliyyətini yaxşılaşdıran, qaraciyəri təmizləyən bitki kimi tanınır və istifadə olunur.

Bakıvaxtı.az aztibb.az-a istinadla xəbər verir ki, qanqal orqanizmi ziyanlı maddələrdən, toksinlərdən təmizləyir, artıq mayeni xaric edir, piylərin parçalanmasını sürətləndirir, iştahanı azaldır. Qanqalın bu xüsusiyyətləri arıqlamağa kömək edir.

Arıqlamaq üçün qanqal çayının hazırlanması: 

1 çay qaşığı qanqal toxumları və 3-4 nanə yarpağının üzərinə 1 stəkan qaynar su tökülür, 30 dəqiqə dəmlənilir, yaxşı süzülür. Çayı yarım stəkan olmaqla gündə 2 dəfə (səhər və axşam) yeməkdən əvvəl ilıq halda için. Kurs - 10 gün.

Qeyd edək ki, xrokini mədə-bağırsaq sistemi, ciddi qaraciyər xəstəlikləri olan insanlar bu çaydan istifadə etməməlidir.


SON XƏBƏRLƏR

06 Iyul 2025