• Bakı 17° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Duyğuları cilovlamaq da depressiyaya səbəb ola bilər

CƏMİYYƏT

14 May 2022 | 06:20

Duyğuları cilovlamaq da depressiyaya səbəb ola bilər

Xroniki stress sinir sistemi və ya tənəffüs orqanlarının xəstəliklərinə səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu onkoloq İqor Samoylov “Вечерняя Москва” nəşrinə bildirib.

Həkimin sözlərinə görə, stress xərçəng xəstəliyinə də yol aça bilər. 

“Məsələn, qorxu və stress onkoloji proseslərin inkişafına, xərçəng hüceyrələrinin yaranmasına səbəb ola bilər. Amma emosiyaların cilovlanması ən çox vegetativ sinir sisteminə, daxili orqanlara zərbə vurur. Nəticədə xəstədə təngənəfəslik, ishal olur, hiperhidroz, yuxusuzluq, mədə yanması görünə bilər. Emosional vəziyyətiniz fiziki vəziyyətə təsir etməyə başlayanda buna psixosomatik sindrom deyilir”, - deyə həkim izah edib.

Duyğuları cilovlamaq da depressiyaya səbəb ola bilər (publika.az). Bundan əlavə, ekspertin fikrincə, emosiyaların həddindən artıq sıçraması da xərçəng hüceyrələrinin əmələ gəlməsi üçün katalizator ola bilər.


SON XƏBƏRLƏR