• Bakı 23° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Bu peyvənd meymunçiçəyinə qarşı effektivdir - ÜST ELAN ETDİ

CƏMİYYƏT

13 Iyun 2022 | 06:13 | Müəllif: Qalib İbrahimoğlu

Bu peyvənd meymunçiçəyinə qarşı effektivdir - ÜST ELAN ETDİ

Suçiçəyinə qarşı istifadə edilən peyvənd meymunçiçəyi infeksiyasına qarşı mübarizədə 85 faiz effektiv təsirə malikdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.

Məlumata görə, suçiçəyinə qarşı peyvəndin mütəmadi tətbiqi 1980-ci ildə dayandırılıb və buna səbəb virusun kökünün kəsilməsinin elanı olub.

ÜST-ün açıqlamasına görə, bu ilin may ayından başlayaraq Afrikadan kənarda rastlanan meymunçiçəyinə yoluxma hallarının heç biri ölümlə nəticələnməyib. Yoluxanların 90 faizi xəstəlikdən tam şəkildə sağalıb.

İndiyədək meymunçiçəyinə yoluxma halları dünyanın 28 ölkəsində aşkarlanıb (1300-ə yaxın yoluxma halı). Afrikada bu virus onillərdən bəri məlumdur və bu ilin əvvəlindən etibarən səkkiz Afrika ölkəsində ümumilikdə 1500 yoluxma və 72 ölüm halı qeydə alınıb.

Beynəlxalq qurum virusun bütün dünya üzrə yayılma ehtimalını cüzi hesab edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026