• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DİN-dən "Qarabağın" oyunundan sonrakı mübahisə ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

12 Iyul 2022 | 23:44 | Müəllif: Subhan Mahmudov

DİN-dən "Qarabağın" oyunundan sonrakı mübahisə ilə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə və KİV-lərdə Bakıda keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" və "Lex" komandalarının qarşılaşmasından sonra mübahisə edən bəzi azarkeşlərin saxlanılması ilə əlaqədar məlumatlar səsləndirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Mətbuatın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov ölkəmizin futbol ictimaiyyətini Qarabağın möhtəşəm qələbəsi münasibətilə təbrik edərək bildirib ki, oyun öncəsi, həmçinin oyun zamanı və oyundan sonra polis əməkdaşları ictimai təhlükəsizliyi və ictimai asayişi elə qələbəmizə layiq mühafizə ediblər.

Oyundan sonra stadiondan kənarda bir qrup azarkeşin öz aralarında mübahisəsinin də qarşısı polis əməkdaşları tərəfindən dərhal alınıb. Onlara yerindəcə xəbərdarlıq edilərək sərbəst buraxılıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR