• Bakı 22° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Azərbaycanda “Aİ-95” benzin 2 MANAT OLDU

CƏMİYYƏT

13 Iyul 2022 | 00:21 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda “Aİ-95” benzin 2 MANAT OLDU

Azərbaycanda “Aİ-95” premium markalı benzin bahalaşıb. 

Bakıvaxtı.az xəbər verir ki, “Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl ekspertlər belə bir qiymət artımının qaçılmaz olduğunu bildirərək, bunu qlobal böhranla əlaqələndirirdilər. Bildirilirdi ki, Azərbaycanda “Aİ-95” markalı benzin istehsal olunmadığı üçün daxili bazar idxal hesabına qarşılanır. Bu səbəbdən də idxal qiymətləri xarici bazarlardakı dinamikadan, habelə nəqliyyat xərclərindən (daşınmadan) asılı olaraq dəyişir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026