• Bakı 29° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

"Arsenal"a keçmək üçün sevgilisindən AYRILDI

İDMAN

13 Iyul 2025 | 09:24

Arsenala keçmək üçün sevgilisindən AYRILDI

"Sportinq"in futbolçusu Viktor Dyökeres sevgilisi İnes Aguiardan ayrılaraq "Arsenal"a keçib və bütün diqqətini İngiltərə klubuna yönəldib. İsveçli hücumçu artıq Portuqaliya ilə heç bir əlaqəsinin qalmasını istəmir.

Bakıvaxtı.az-ın xəbərinə görə, Portuqaliyanın "Sportinq" klubunda çıxış edən isveçli hücumçu Viktor Dyökereslə uzun müddətdir ki, İngiltərə Premyer Liqa təmsilçisi "Arsenal"la maraqlanırdı. İsveçli "Arsenal"a keçmək üçün sürpriz addım atıb.

Məlumata görə, "Arsenal"a transfer olmaq istəyən Dyökeres Portuqaliya ilə bütün əlaqələrini kəsmək istədiyini deyərək sevgilisi İnes Aguiardan ayrılıb. Xəbərdə hücumçunun bu qərara diqqətini yalnız "Arsenal"a keçidinə yönəltmək istədiyi üçün verdiyi bildirilir. Cütlüyün yay tətilini ayrı-ayrı ölkələrdə keçirdiyi bildirilir.

"Sportin" də ikinci mövsümünü başa vuran ulduz hücumçu bu mövsüm 52 oyunda meydana çıxıb, 54 qol vurub, 12 məhsuldar ötürmə edib və ümumilikdə 66 qola birbaşa töhfə verib. /Lent.az


SON XƏBƏRLƏR

12 Iyul 2025