• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Arvadını qətlə yetirməkdə ittiham olunan şəxsə hökm oxundu

HADİSƏ

18 Sentyabr 2024 | 11:52

Arvadını qətlə yetirməkdə ittiham olunan şəxsə hökm oxundu

Övladlarını görməyə gələn keçmiş həyat yoldaşını qətlə yetirən Rövşən Quliyevin növbəti məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əli Əliyevin ifadəsi elan olunub.

Şahidin ifadəsi elan olunduqdan sonra sənədlərin tədqiqinə başlanılıb.

    Məlum olub ki, Rövşən Quliyev bundan öncə də 2 dəfə məhkum olunub.

    Məhkəmə istintaqı yekunlaşıb. Prokuror Orxan Səmədov Rövşən Quliyevin zərərcəkmişlə barışığının olmamasını, əvvəllər məhkum olunmasını nəzərə alaraq ona 19 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

    Təqsirləndirilən Rövşən Quliyev son sözündə törətdiyi əməldən peşman olmadığlnı bildirib.
    Məhkəmənin qərarına əsasən, Rövşən Quliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Rövşən Quliyev üç il öncə boşandığı ıb. Sevinc İbrahimovaya küçədə 35 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Onların birgə nikahdan 14 və 6 yaşlı övladları var.


    SON XƏBƏRLƏR