• Bakı 30° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

"Arzu edirəm ki, Prezident təqaüdü alım, toylara getməyim" - Elza Seyidcahan

MƏDƏNİYYƏT-ŞOU

18 Mart 2023 | 14:39

Arzu edirəm ki, Prezident təqaüdü alım, toylara getməyim - Elza Seyidcahan

"Çox vaxt öz yerimi bilmirəm. Başqa insanın qarşısına gedirəm, onun havasına düşürəm. Elə İlhamə Quliyevanın da... İlhamə Quliyeva ömrünün sonuna yaxın vaxtlarda köməkçilərindən xəbər göndərmişdi ki, "Elzaya deyin efirdən mənə salam göndərsin. Onu çox istəyirəm, məni öyrədənlər oldu". Deyirdim ki, ondan küsməmişəm, amma efirdən "salam" göndərməyəcəyəm. Çünki çıxıb deyirdi ki, Elzaya nələr deyirəm, o da məndən əl çəkmir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "13 sual" yutub layihəsində deyib. Müğənni mərhum Xalq artisti İlhamə Quliyeva ilə yaşadığı qalmaqaldan danışıb:

"Deyirlər, ruh həmişə hər şeyi görür. O torpağa qovuşanda gördü ki, Elza kimdir, onu öyrədənlər kimdir. Onun məzarının başına kimlər çiçəklə gəldilər, kimlər isə heç çiçəksiz də gəlmədilər".

Seyidcahan bir çox kişi ifaçıların onu toydan uzaqlaşdırdığını deyib:

"Arzu edirəm ki, zaman gəlsin, prezident təqaüdü alım, toylara getməyim. Bəstəkarlığım ilə məşğul olum. Bu yaxınlarda yəhudi bacılar Moskvadan gəlmişdi. Dedilər ki, biz sizi toyumuzda görmək istəyirdik, amma bir müğənni dedi ki, Elza olmasın o məclisdə. Amma həmin müğənninin adını indi demək istəmirəm. 

Sonra bir qohumumuz mənə söylədi ki, yeni bir toy dəvəti var idi. Dedim ki, toya Elza gəlsin. Amma o kişi müğənnisi söylədi ki, Elza gəlsə, mən gəlməyəcəyəm. Ondansa mən deyən müğənnini çağır. Elə də oldu. Lakin onun istədiyi müğənni gəlib onu toyda elə bir vəziyyətə saldı ki... Sona kimi oxumadı, çıxıb harasa getdi. Onun bu hərəkətinə görə isə bu müğənniyə söz gəldi. Bir sözlə, başına iş gəldi. Bu mövzuda mənim bildiyim və bilmədiyim nüanslar da var. Əlbəttə ki, bu dəqiqə toylar monopoliyadır. Əsas da rayon və Moskva məclisləri. Həmin toyları hansısa insanlar idarə edirlər".


SON XƏBƏRLƏR

16 Iyun 2024