• Bakı 21° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Əsgərlikdə olmasam da, müharibəyə getdim" - Vüqar Muradov

MƏDƏNİYYƏT

15 Aprel 2023 | 11:41

"Əsgərlikdə olmasam da, müharibəyə getdim" - Vüqar Muradov

"İkinci Vətən müharibəsi başlayanda 37 yaşım var idi. Yaşım düşmürdü, çünki o yaşda hərbiyə çağırış yox idi. Amma qaçıb getdim hərbiyə".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov "7 canlı" verilişində deyib. O bildirib ki, əsgərliyə getməyib:

"Zamanında orqanizmimdə olan problemlərə görə əsgərliyə aparmadılar. Ayağımın altı düz idi və mədəmdə xora varıydı. Halbuki əsgər olmaq böyük arzum idi. Əsgərlik də keçməmişdim. Arxa cəbhədə - Beyləqan, Füzuli, Ağcabədi tərəfdə əsgərlərə kömək etmək istəyirdim. ATV-də verilişlərin birində çıxışımı etdim və oradan çıxıb birbaşa müharibəyə getdim".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026