• Bakı 10° C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Asiya İnkişaf Bankı Azərbaycanla bağlı gözləntilərini AÇIQLADI

İQTİSADİYYAT

09 Aprel 2025 | 09:53

Asiya İnkişaf Bankı Azərbaycanla bağlı gözləntilərini AÇIQLADI

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan dövlət büdcəsi ilə bağlı gözləntilərini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, ADB dövlət büdcəsinin kəsirinin 2025-ci ildə ÜDM-in 2.4%-nə, 2026-cı ildə isə 2.0%-nə qədər artacağı proqnozlaşdırılıb.

    Qeyd edilib ki, 2025-ci ildə büdcə gəlirləri ÜDM-in 30%-i səviyyəsində gözlənilir. Bunun 12%-ni vergi, 7%-ni qeyri-vergi gəlirləri, 11%-ni isə Dövlət Neft Fondundan (ARDNF/SOFAZ) transfertlər təşkil edəcək. Büdcə xərclərinin isə ÜDM-in 32%-i səviyyəsində olacağı proqnozlaşdırılır. Bunun 19%-i cari xərclərə, 11%-i isə əsas kapital qoyuluşlarına (investisiya xərclərinə) ayrılacaq.

    "Sosial müdafiə xərclərinin 8% artacağı və ümumi büdcə xərclərinin təxminən 12%-ni təşkil edəcəyi gözlənilir. Dövlət investisiya xərclərinin isə ÜDM-in 2%-nə qədər azalacağı proqnozlaşdırılır" - ADB əlavə edib.


    SON XƏBƏRLƏR