Milli Depozit Mərkəzi (MDM) investisiya şirkətləri ilə maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı formalaşdırılacaq yeni modeli müzakirəı edib.
Bakıvaxtı.az bu barədə MDM-yə istinadən xəbər verir.
Məlumata görə, Milli Depozit Mərkəzində qurumun İnkişaf Strategiyası çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan maliyyə xidmətlərin göstərilməsinə dair investisiya şirkətləri ilə görüş keçirib. Bununla bağlı fond bazarı iştirakçılarının təklif və rəyləri dinlənilib.
Həmçinin görüşdə qiymətli kağızlar bazarının inkişafı istiqamətində müzakirələr aparılıb.