• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avropa Komissiyası Moldovaya maliyyə yardımının birinci tranşını ayırıb

DÜNYA

01 Avqust 2022 | 18:09

Avropa Komissiyası Moldovaya maliyyə yardımının birinci tranşını ayırıb

Avropa Komissiyası (AK) Moldovaya 50 milyon avro məbləğində makroiqtisadi yardımın birinci tranşını göndərib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Ziqfrid Mureşan deyib.

“Bu gün Avropa Komissiyası Moldovaya 150 milyon avro məbləğində makroiqtisadi yardımdan 50 milyon avro məbləğində birinci tranşı köçürüb”, - o bildirib.

Onun sözlərinə görə, bu vəsait Moldovaya qaçqın axını, enerji böhranı və koronavirus pandemiyası səbəbindən yaranan maliyyə ehtiyaclarının bir hissəsini ödəməyə imkan verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026