• Bakı C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Avropa Komissiyasının sədri: "Qəzzada dərhal atəşkəsə ehtiyac var"

SİYASƏT

09 Avqust 2024 | 16:36

Avropa Komissiyasının sədri: Qəzzada dərhal atəşkəsə ehtiyac var

"Həyatları xilas etməyin, sülh ümidini bərpa etməyin və girovların geri qaytarılmasını təmin etməyin yeganə yolu danışıqlardan keçir".

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen deyib.

O, vasitəçi ölkələr olan ABŞ, Misir və Qətərin İsrail və Həmas arasında məhbus mübadiləsi və Qəzza zolağında atəşkəs üçün danışıqlara başlamaq çağırışını dəstəklədiyini bildirib.

"ABŞ, Misir və Qətərin regionun ehtiyac duyduğu sülh və sabitliyə nail olmaq üçün göstərdiyi səyləri şiddətlə dəstəkləyirəm", - deyə Leyen qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR