• Bakı 24° C

    8.14 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Avropa Qızıl Liqasında çıxış edəcək Azərbaycanın millisinin heyəti - SİYAHI

İDMAN

29 May 2025 | 11:22

Avropa Qızıl Liqasında çıxış edəcək Azərbaycanın millisinin heyəti - SİYAHI

Avropa Qızıl Liqasında çıxış edəcək Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin heyəti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Faiq Qarayevin, köməkçi məşqçilər Famil Ağayev və Emin Əbilovun rəhbərliyi altında çıxış edəcək heyət belədir:

Hücumçular: Nikalina Başnakova, Anastasiya Baydyuk, Kseniya Pavlenka, Ülkər Kərimova, Yelizaveta Burkova

Blokçular: Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova

Toppaylayıcılar: Yana Doroşenko, Raziyə Əliyeva, Valeriya Burkova

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova

Qeyd edək ki, yığma ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya komandaları olacaq.


SON XƏBƏRLƏR

30 May 2025