• Bakı 17° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

"Avropanın Türk Birliyinə qarşı nifrəti artır" - Ərdoğan

DÜNYA

10 May 2024 | 10:30

Avropanın Türk Birliyinə qarşı nifrəti artır - Ərdoğan

"Avropanın bəzi qurum və ölkələrinin yürütdüyü siyasət Avropa dəyərlərinə inamsızlıq yaradıb".

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bunu Qəzza böhranı fonunda Avropanın mövqeyini dəyərləndirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, bildirib ki, 15 mini uşaq olmaqla, ümumilikdə 35 min fələstinlinin qətlə yetirildiyi Qəzza böhranında Avropanın yürütdüyü siyasət qəbuledilməzdir. Əgər Avropa yürütdüyü siyasəti dəyişməsə, onun dəyərlərinə qarşı şübhələr artacaq.

"Qlobal miqyasda və regionda yaşanan müharibələr, münaqişələr, terror aktları, qeyri-qanuni miqrasiya və iqlim dəyişikliyi kimi bir çox problemlər bütün dünyada olduğu kimi, Avropa qitəsində də təhlükəsizliyi təhdid edir. Qitədə getdikcə artan islamafobiya, ksenofobiya və irqçilik Avropada yaşayan vətəndaşlarımız və immiqrantlar üçün ən böyük narahatlıq mənbələrindən biridir. Avropa öz siyasətini dəyişməsə, dünya və region üzrə münaqişələr qalmaqda davam edəcək". -deyə Ərdoğan qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR