• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çin təyyarəsi NATO gəmisinə təhlükə yaratdı

DÜNYA

08 Iyun 2024 | 23:43 | Müəllif: Subhan Mahmudov

Çin təyyarəsi NATO gəmisinə təhlükə yaratdı

Çinin döyüş təyyarələri Şərqi Çin dənizinin beynəlxalq sularında patrulluq edən Niderland döyüş gəmisi üçün təhlükəli vəziyyət yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Niderland gəmisi "Zr.Ms. Tromp" BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Şimali Koreyaya qarşı dəniz sanksiyalarına əməl olunmasına nəzarət edən BMT-nin çoxmillətli işçi qrupunun tərkibində patrulluq edib:

"Bu zaman Çinin döyüş təyyarələri "Zr.Ms. Tromp" döyüş gəmisinin ətrafında bir neçə dəfə dövrə vurub. Bu, potensial təhlükəli vəziyyət yaradıb. Hadisə beynəlxalq hava məkanında baş verib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026