• Bakı 21° C

    3.72 m/s

Avstriya - Azərbaycan oyununa biletlərin hamısı satıldı

İDMAN

15 Mart 2023 | 14:20

Avstriya - Azərbaycan oyununa biletlərin hamısı satıldı

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Avstriya - Azərbaycan oyununa biletlərin hamısı satılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avstriya Futbol Assosiasiyasının baş direktoru Bernhard Neuhold məlumat verib.

Onun sözlərinə görə, “Raiffeisen Arena”dakı qarşılaşma üçün satışa çıxarılan 17 000 bilet tükənib. Azərbaycan millisi ilə matçdan üç gün sonra Estoniya ilə eyni stadionda baş tutacaq görüşə də maraq böyükdür. Baş direktor həmin qarşılaşma üçün satışda cəmi 1000 biletin qaldığını bildirib.

Qeyd edək ki, martın 24-də keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026