• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AVRO-2028 və AVRO-2032-yə namizədlər rəsmiləşdi

İDMAN

12 Aprel 2023 | 17:51

AVRO-2028 və AVRO-2032-yə namizədlər rəsmiləşdi

AVRO-2028 və AVRO-2032-yə ev sahibliyi etməyə namizədlərin yekun siyahısı müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

2028-ci ildəki yarışa iki sifariş qəbul olunub. Bunlardan biri Türkiyə, digəri Böyük Britaniya və İrlandiyadır. Bu sifariş 5 ölkəni – İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya və İrlandiyanı əhatə edir.

Türkiyə həm də AVRO-2032-yə sifariş verib. Bu turnirə digər namizəd İtaliyadır.

Qeyd edək ki, AVRO-2024 Almaniyada təşkil olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026