• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Xəzər Lənkəran 42”yə texniki məğlubiyyət verildi

İDMAN

12 May 2023 | 17:48

“Xəzər Lənkəran 42”yə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclasda AFFA Region Liqasının bir oyunu ilə bağlı aşağıdakı qərar qəbul olunub:

30 aprel 2023-cü il tarixində Region Liqasında keçirilmiş “Marxal” (Şəki) – “Xəzər Lənkəran 42” oyununda “Xəzər Lənkəran 42” komandasının heyətində 72 nömrəli futbolçu Elvin Mirzəyevin və 17 nömrəli futbolçusu İlyas Səfərzadənin cari mövsüm peşəkar müqaviləsinin olması müəyyənləşib.

Əsasnamənin 5.3-cü maddəsinin tələblərinin pozulmasına görə “Xəzər Lənkəran 42” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026