• Bakı C

    12.25 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Yığmamızın Avropa çempionatı üçün heyəti AÇIQLANDI

İDMAN

10 Iyun 2023 | 10:14

Yığmamızın Avropa çempionatı üçün heyəti AÇIQLANDI

İyunun 12-dən 18-dək Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasında qitə birinciliyində ökəmizi təmsil edəcək yunan-Roma və qadın güləşi üzrə yeniyetmələrdən ibarət komandalarla görüş keçirilib.

AGF-nin İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov, baş katib Nəsimi Musayev və federasiyanın digər rəsmi şəxsləri, eləcə də məşqçilər yeniyetmə güləşçilərə qarşıdakı məsul yarışda uğurlar arzulayıb.

Avropa çempionatının ilk günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Elvin Mürsəliyev və Rasim Ağayevin rəhbərliyi altında Turan Daşdəmirov (45 kq), Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Nurlan İbadzadə (60 kq), Murad Zeynalabdinov (65 kq), Cavidan Nehmətov (71 kq), Elmin Əliyev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Mahir Qurbanlı (110 kq) çıxış edəcək.

İyunun 14-dən 16-dək isə məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında Səadət Quliyeva (43 kq), Esra Məmmədli (46 kq), Gülər Həbibova (53 kq), Ruzanna Məmmədova (57 kq) və Günay Qurbanova (61 kq) uğur qazanmağa çalışacaq.

Qitə birinciliyində beynəlxalq dərəcəli hakimlərimiz Bəşir İsazadə ilə Həbib Nurulu ədaləti qoruyacaq.


SON XƏBƏRLƏR

18 Mart 2024