• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Güləşçilərimiz Avropada rekorda imza atdılar

İDMAN

09 Iyul 2023 | 16:28 | Müəllif: Subhan Mahmudov

Güləşçilərimiz Avropada rekorda imza atdılar

Azərbaycanın sərbəst güləşçiləri Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatında yeni rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, qitə birinciliyində 9 (3 gümüş, 6 bürünc) medal qazanan milli komanda hesabında yalnız Gürcüstandan (155) geri qalıb. Avropa ikincisi olan yığmamız 145 xal toplayıb ki, bu da U-15 Avropa çempionatları tarixində sərbəst güləş üzrə millinin yeni rekordudur.

Qeyd edək ki, məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Hüseyn İsmayılov (52 kq), İsa Yusibov (57 kq), Amin Nəsibov (85 kq) gümüş, Rəşid Nazarov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağasızadə (52 kq), Nihad Abasov (62 kq) və Rəşad Veysəlov (68 kq) isə bürünc medal qazanıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR