• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Sabah" - "Partizan" oyununun biletləri satışa çıxarıldı

İDMAN

07 Avqust 2023 | 17:05

"Sabah" - "Partizan" oyununun biletləri satışa çıxarıldı

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün bilet satışına başlanılıb.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, biletləri “iticket.az” saytından, portalın məntəqələrindən, avqustun 8-dən etibarən isə “Bank Respublika Arena”nın kassasından əldə etmək mümkündür.

Satılmış hər biletdən əldə olunan 1 manat məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Qeyd edək ki, avqustun 10-da keçiriləcək "Sabah" - "Partizan" görüşü saat 20:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026