• Bakı 18° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Dinamo"nun futbolçusu "Sabah"da

İDMAN

06 Sentyabr 2023 | 15:37

"Dinamo"nun futbolçusu "Sabah"da

“Sabah” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Bakıvaxtı.az  paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yamaykalı vinger Kahim Parris Ukraynanın “Dinamo” (Kiyev) klubundan icarəyə götürülüb.

İcarə müqaviləsinin müddəti cari mövsümün sonuna kimidir. Anlaşmaya əsasən, "bayquşlar" mövsümün sonunda 23 yaşlı futbolçunu transfer etmək hüququna malikdir.

Parris karyerası ərzində Yamaykanın “Kavalier” (2017-2019), Sloveniyanın “Domjale” (2019/2020), “Krka” (2020-2021), “Koper” (2021-2022) klublarında çıxış edib. Oyunçu 2022-ci ildən Ukraynanın “Dinamo” (Kiyev) klubunun üzvüdür. Yamayka millisinin də üzvü olan vinger yığmada 10 matç keçirib. O, “Sabah”da 28 nömrəli formada çıxış edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026