Dünən UEFA Konfrans Liqasında növbəti oyunlar keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu Slovakiyanın “Spartak Trnava” klubunun qonağı olub. Ev sahiblərini 2:1 hesabı ilə məğlub edən “Fənərbağça” ölkə tarixində rekorda imza atıb.
Belə ki, bu nəticə ilə “Sarı bülbüllər” Avropada 9 oyun ardıcıl qələbə qazanan ilk türk komandası olub.
Qeyd edək ki, İsmail Kartalın yetirmələri bu mövsüm bütün turnirlər daxil olmaqla ardıcıl 15 qələbə qazanıb.
















