"“Barça"ya qayıtmağı, oradakı həyatımı, həmişə istədiyim kimi orada təqaüdə çıxmağı düşünürdüm, amma bu mümkün olmadı".
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. bunu argentinalı futbolçu Lionel Messi deyib.
Aargentinalı futbolçu karyerasını Barselonada bitirmək istəsə də, bunun iqtisadi səbəblərə görə mümkün olmadığını bildirib.
Xavinin "Barça"sı haqqında danışan Messi komandanı izlədiyini və onların yaxşı inkişaf etdiyinə inandığını deyib.
“Mən onları izləyirəm. Düşünürəm ki, komanda Xavinin gəlişindən sonra yaxşı inkişaf edib. Gənc futbolçular əla səviyyəyə malikdirlər. Yaxşı komanda var və onların bu il böyük işlər görmək şansı var", - deyə Messi qeyd edib.
Murad Məmmədli






jpg-1701677899.webp)









