• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Barsa" "Atletko"nu MƏĞLUB ETDİ

İDMAN

04 Dekabr 2023 | 11:27

Barsa Atletkonu MƏĞLUB ETDİ

La Liqanın 15-ci turunda "Barselona" və "Atletiko Madrid" komandaları üz-üzə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, “Luis Companys Olimpiya” stadionunda keçirilən matçda ev sahibi "Barselona" 1:0 hesabı ilə qalib gəlib.

Qələbə qolunu 28-ci dəqiqədə mövsümün əvvəlində "Barselona"nın "Atletiko Madrid"dən icarəyə götürdüyü Joao Feliks vurub.

Bu nəticə ilə "Barselona" xallarının sayını 34-ə yüksəldib, "Atletiko Madrid" isə 31 xalda qalıb.

Liqanın növbəti oyun həftəsində “Barselona” “Jirona”nı, “Atletiko Madrid” isə doğma meydanda “Almeriya”nı qəbul edəcək.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024