• Bakı 24° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Ançelotti karyerasını başa vuracaq

İDMAN

02 Yanvar 2024 | 19:50 | Müəllif: Subhan Mahmudov

Ançelotti karyerasını başa vuracaq

İtaliyalı futbol məşqçisi Karlo Ançelotti “Real Madrid”in onun üçün son iş yeri olacağını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 29 dekabr 2023-cü ildə 64 yaşlı Ançelotti “Real”la yeni müqavilə imzalayıb. Sənədin müddəti 30 iyun 2026-cı ilə qədərdir.

“Bu mənim son işimdir. Karyeramı bitirəndə 2026-cı il ola bilər. Amma 2028-ci ilə qədər məşqçi olmaq istəyirəm. Çünki Madridi sevirəm, burada qalmaq istəyirəm. Bu, əldə edə biləcəyimiz uğurlardan asılı olacaq”, - deyə Ançelotti bildirib.

Qeyd edək ki, Ançelotti 2013-2015-ci illərdə “Real Madrid”ə rəhbərlik edib və 2021-ci ildə yenidən kluba qayıdıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026