• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azərbaycan millisi Litvaya GETDİ

İDMAN

02 Yanvar 2024 | 11:23

Azərbaycan millisi Litvaya GETDİ

Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərinə yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Latviya, Ukrayna, Estoniya, Polşa və ev sahibi ilə üz-üzə gələcək.

Yığmamız ilk matçını yanvarın 3-də Estoniyaya qarşı keçirəcək. 

Qeyd edək ki, 3-7 yanvar tarixlərində baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026