• Bakı 22° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Ronaldo Messi ilə qarşılaşmayacaq - SƏBƏB

İDMAN

01 Fevral 2024 | 09:53

Ronaldo Messi ilə qarşılaşmayacaq - SƏBƏB

Kriştianu Ronaldonun formasını geydiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu bu gün Lionel Messinin çıxış etdiyi “İnter Mayami” ilə yoldaşlıq görüşü keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, Ər-Riyad şəhərində keçiriləcək qarşılaşmada Ronaldonun iştirak etməyəcəyi bəlli olub.

Azarkeşlər maraqlı Kriştianu Messi dueli gözləsə də, portuqaliyalı superulduz zədələnib. Bunu komandanın baş məşqçisi Luis Kastro açıqlayıb.

O bildirib ki, Ronaldo zədə səbəbindən matçı buraxacaq.

Qeyd edək ki, “Əl-Nəsr” – “İnter Mayami” qarşılaşması Bakı vaxtilə saat 22:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR