• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Spartak”ın futbolçusu bu səbəbdən saxlanılıb 

İDMAN

01 Mart 2024 | 15:55

“Spartak”ın futbolçusu bu səbəbdən saxlanılıb 

“Spartak”ın futbolçusu Quincy Promes teleqram kanalında Dubayda ( BƏƏ ) saxlanmasının səbəbini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, futbolçunun sözlərinə görə, o, BƏƏ ərazisində qəza törədib və hadisə yerindən qaçıb. 

Daha sonra futbolçu yola düşmək üçün pasport nəzarətindən keçərkən yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Rusiya mətbuatı bu barədə məlumat verəndə və Hollandiya prokurorluğu ilə əlaqə saxladıqda, onlar BƏƏ-dən Promesin ekstradisiyasını tələb ediblər.

Qeyd edək ki, fevralın 29-da futbolçu Dubaydan (BƏƏ) Rusiyaya uçmaq istəyərkən hava limanında polis tərəfindən saxlanılıb. O , “Zenit”lə oyun üçün komanda ilə Sankt-Peterburqa uça bilməyib. 

Xatırladılır ki, fevralın 14-də Amsterdam məhkəməsi Promesi kokain qaçaqmalçılığına görə 6 il həbs cəzasına məhkum edib. İş üzrə məhkəmə iclası yanvarın 24-də baş tutub, prokurorluq Promesanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Fevralın 16-da hollandiyalı beynəlxalq axtarışa verilib.

Promes 2021-ci ilin fevralından "Spartak"da oynayır. O, 2014-2018-ci illərdə “qırmızı-ağlar”da çıxış edib. 2016/17 mövsümündə hollandiyalı komandanın tərkibində Rusiya çempionu olub.

Martın 2-də Rusiya Premyer Liqasının (RPL) 19-cu turu çərçivəsində “Spartak” səfərdə “Zenit”lə qarşılaşacaq.

Günəş Mərd 


SON XƏBƏRLƏR

26 Iyul 2024